2018-ci ilin yanvar ayı ilə müqayisədə Azərbaycanda içki istehsalında 48,9 faiz, qida məhsullarının istehsalında 14,3 faiz artım, tütün məmulatlarının istehsalında isə 33,5 faiz azalma müşahidə olunub.
Araq istehsalı 5 dəfə artaraq 175,6 min dkl təşkil edib. Alkoqolsuz içkilərin istehsalı isə50,6 faiz 1 275,8 min dkl olub.
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 5,1 dəfə, duru bitki yağlarının istehsalı 54,6 faiz, cem və marmeladların istehsalı 3,7 faiz, araq istehsalı 5,0 dəfə, alkoqolsuz içkilərin istehsalı 50,6 faiz artıb.
Eləcə də bax: Azərbaycanın yumurta istehsalında böyük azalma
©Marja