2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana kondisioner idxalı 2020-ci ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə - 35,438 min ədədə qədər artıb.
Eləcə də bax: Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların idxalını - Kəskin Artırıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $9 milyon 792,9 min məbləğində (artım 1,9 dəfə) qiymətləndirilir.
Həmçinin, yanvar-apreldə Azərbaycana $43 milyon 728,1 min dəyərində (artım 1,6 dəfə) 233,3 min ədəd (artım 10,8%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 30% - 76,48 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $16 milyon 12,6 min (artım 41,7%) təşkil edir. (İnterfaks)