2022-ci ildə Azərbaycandan 175 milyon 496 min ABŞ dolları dəyərində 77 580 ton pambıq lifi göndərilib.
Pambığın bahalaşması səbəbindən ölkəmiz ixracda hər tona - ƏLAVƏ $679 QAZANIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
2021-ci ildə ölkədən 210 milyon 919 min dollarlıq 126 998 ton pambıq lifi ixrac edilib. Belə ki, pambıq lifinin ixracı dəyər ifadəsində 17%, miqdar ifadəsində isə 39% azalıb.
Ötən il Azərbaycandan 33 milyon 120 min dollarlıq 8 623 ton pambıq ipliyi ixrac edilib. 2021-ci ildə isə pambıq iplik 58 milyon 115 min dollar vəsait gətirmişdi və ixrac olunmuş məhsulun həcmi 18 429 ton olmuşdu. İllik müqayisədə ixrac edilən pambıq ipliyin dəyəri 43%, miqdarı isə 53% azalıb.