Azərbaycan və Özbəkistan arasında ikitərəfli biznes əlaqələrinin yeni formatı müzakirə edilib.
FED.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
"Üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan" panel sessiyasında ölkələrimiz arasında strateji tərəfdaşlığın perspektivləri, ikitərəfli biznes əlaqələrinin yeni formatı və investisiyaların təşviqinin qarşılıqlı dəstəklənməsi təşəbbüsləri barədə danışdıq." - deyə nazir bildirib.