2024-cü ilin yanvar-mart aylarında əsas kapitala 3 milyard 809,2 milyon manat məbləğində investisiya yönəldilib.
FED.az bu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz çoxdur.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 4,8 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 2 milyard 122,6 milyon manatı və ya 55,7 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 453,1 milyon manatı (38,2 faizi) xidmət sahələrinə, 233,5 milyon manatı (6,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 3 milyard 024,8 milyon manatını və ya 79,4 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 2 milyard 681,9 milyon manatı və ya 70,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.