Bu ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 357 391,97 min ABŞ dollarına bərabər olub.
Eləcə də bax: "Pandemiya ərzaq, dərman, tütün və spirtli içki istehsalına təsir etməyib"
FED.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, cari ilin birinci rübündə yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 8,3% azdır.
Ümumiyyətlə, cari ilin ilk üç ayında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 13,6% təşkil edib.
Hesabat dövründə ölkəyə 20 238,49 min dollar dəyərində 11 015,48 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 11,5% artsa da, həcm göstəricisi üzrə isə 15,4% azalıb.
Cari ilin yanvar-mart ayları ərzində ölkəyə 3 398,47 min dollar dəyərində (artım 21%) 2 099,56 ton (azalma 1%) süd idxal olunub.
Ölkəyə həmçinin 19 750,57 min dollar dəyərində 3 957,53 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub ki, bu göstərici üzrə həcm olaraq 49,3%, dəyərində isə 46% artım müşahidə olunub.
Apa