Azərbaycan 2018-ci ildə 152 milyon 392 min dollar məbləğində siqaret idxal edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,7% azdır. Bu barədə hökumətdən məlumat verilib.
FED.az xəbər verir ki, hesabat dövründə Azərbaycana siqaretin əsas tədarükçüsü Ukrayna olub. Bu ölkədən 129 milyon 233 min dollar məbləğində (artım 32,9%) siqaret idxal olunub.
Bundan başqa, 2018-ci ildə Rusiyadan Azərbaycana 13 milyon 224 min dollar (azalma 76,5%) məbləğində siqaret idxal olunub.
Eləcə də bax: Daşınar əmlakın yüklülüyü haqqında qanunu pozanlar üçün - YENİ CƏZALAR
Azərbaycana siqaret idxal edən ölkələrdən biri də Belarus olub. Hesabat ilində Belarusdan 9 milyon 841 min dollar (artım 2,8 dəfə) dəyərində siqaret idxal edilib.
Bütövlükdə, respublikaya siqaret tədarükünün 93,5%-i Ukrayna və Rusiyadan idxalın payına düşüb.
2017-ci ildə Azərbaycana 159 milyon 895 min dollar məbləğində siqaret daxil olmaqla, 160 milyon 54 min dollar dəyərində tütün məmulatları idxal edilmişdi.