Avrasiya İqtisadi İttifaqı ilə İran arasında sərbəst ticarət bölgəsinin yaradılmasına dair müvəqqəti sazişin qüvvəyə minməsi üçün lazımi işlər yekunlaşdırılıb.
ELƏCƏ DƏ BAX : Azərbaycan bu Avropa ölkəsinə neft ixracını 53,7% artırıb
FED.az Avrasiya İqtisadi Komissiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasındakı nota mübadiləsi müvafiq sazişin oktyabrın 27-dən fəaliyyətə başlayacağı deməkdir.
“İran Press” xəbər verir ki, İranın Rusiyadakı səfiri Mehdi Sənai ilə Avrasiya İqtisadi Komissiyasının rəhbəri Tiqran Sarqsyanın ötəngünkü görüşü zamanı təqdim olunan sazişi iyun ayında İran parlamenti təsdiqləyib və prezident imzalamışdı”, - deyə komitənin məlumatında göstərilir.
Qeyd edək ki, 2018-ci il mayın 17-də Astanada imzalanmış hökumətlərarası saziş tərəflər arasında ticarəti sərbəstləşdirməklə iqtisadi əməkdaşlığın inkişafını nəzərdə tutur.
Avrasiya İqtisadi İttifaqına üzv ölkələr Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası və Rusiya Federasiyasıdır.
mənbə : report.az