ABŞ hökuməti koronavirus epidemiyası fonunda kiçik biznesə dəstək proqramı çərçivəsində 168 milyard dollar vəsait ayırıb.
Eləcə də bax: Forbes: koronavirus pandemiyası Trampa təxminən - 1 MİLYARD DOLLARA BAŞA GƏLİB
FED.az xəbər verir ki, proqram çərçivəsində 661 min müəssisəyə kredit verilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, ayrılan vəsait əməkdaşların əməkhaqlarının ödənilməsi üçün istifadə olunacağı təqdirdə sahibkarlar krediti qaytarmaq öhdəliyindən azad ediləcək.
Eyni zamanda, ayrılan vəsaitin aprelin 17-dək bitəcəyindən ehtiyat edilir. Bununla əlaqədar olaraq, Konqresə əlavə 250 milyard dollar vəsaitin ayrılması üçün müraciət edilib.
Qeyd edək ki, bu günədək ABŞ-da 1,6 milyondan çox şəxs koronavirusa yoluxub, 19 minə yaxın xəstə həyatını itirib.
Modern