Türkiyənin Türkiyənin Mənzil İnkişafı İdarəsi (TOKİ) “Kirayə sosial mənzil” layihəsinə başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda kirayə sosial mənzil proqramının başlayacağını açıqlayıb. Ərdoğan bildirib ki, «Biz TOKİ (Türkiyə Mənzil İnkişafı İdarəsi) vasitəsilə kirayə sistemi qururuq. Layihənin ilk addımını 15 000 kirayə sosial mənzil vahidi ilə atacağıq».
Xatırladaq ki, indiyədək Türkiyədə sosial mənzil satışı layihəsi vardı. İndi isə hökumət bu layihəni genişləndirərək sosial kirayə mənzillər layihəsinə başlayıb. Bu layihə evlərin ucuz qiymətə kirayəyə verilməsini nəzərdə tutur. Prezident Ərdoğan çıxışında sosial mənzil təşəbbüsünün əhatə dairəsini genişləndirdiklərini vurğulayaraq, əmlak əldə etmə layihələrinə əlavə olaraq kirayə sisteminin də tətbiq olunacağını bildirib.
Ərdoğan mövzu ilə bağlı aşağıdakı açıqlamaları verib:
"Biz həmçinin Türkiyədə ilk dəfə olaraq İstanbulda kirayə sosial mənzil proqramına başlayırıq və TOKİ vasitəsilə kirayə sistemini qururuq. Layihənin ilk addımını 15 000 kirayə sosial mənzil vahidi ilə atacağıq. İstanbul və ölkəmiz üçün uğurlu olsun».













