İndiyə qədər Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 9 526 kirayə müqaviləsi bağlanıb.
Daha 237 mənzil kirayə üsulu ilə satışa çıxarıldı - Aylıq ödəniş 925 manatdan başlayır
FED.az bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.
Xatırladaq ki, mexanizm çərçivəsində Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 17 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşların seçiminə təqdim edilib. Mənzil şəraiti yaxşılaşanların 70 %-ə yaxını gənclər və gənc ailələrdir.
Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədilə proseslər tam avtomatlaşdırılıb və bütün müraciətlər Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən həyata keçirilir.













