Kredex
Problemli Kreditlər şöbəsinin müdiri
Son tarix 15 iyn 2026 - [email protected]
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 154
- İş qrafiki: Tam ştat, 6 günlük iş qrafiki, iş saatları 10:00-dan 18:00-dək, VI günü qısa iş günü
- Əmək haqqı: 2500 NETT
Vəzifə öhdəlikləri:
- Problemli kredit portfellərinə nəzarət etmək;
- Hər bir gecikmə üzrə müştərilərlə ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq, vizitlərin təşkil olunması
- Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görmək;
- Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
- Problemli kreditlər şöbəsinin əməkdaşlarının fəaliyyətinin effektiv təşkili, iş bölgüsünün aparılması və icrasına nəzarət edilməsi;
- Əməkdaşların işə davamiyyətinin izlənilməsi və gecikmə/işə çıxmama halları ilə bağlı müvafiq tədbirlərin görülməsi;
- Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək;
- Müştəri məlumatlarının sistemə daxil edilməsi və yenilənməsi;
- Görülmüş işlər üzrə gündəlik və aylıq hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Tələblər:
- Ali təhsili (maliyyə, iqtisadiyyat, hüquq və oxşar sahələr arzuolunandır);
- Bank və ya BOKT-da rəhbər vəzifəsində minimum 3 il iş təcrübəsi olmalıdır;
- Azərbaycan dilində səlis danışıq;
- Ünsiyyət qurma və inandırma bacarığı;
- Stresə davamlı, məsuliyyətli və nəticəyönümlü olmaq;
- MS Office proqramları ilə işləmə bacarığı.
Biz təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Stabil və uzunmüddətli iş imkanı;
- Karyera yüksəlişi imkanları;
- Müasir və komfortlu ofis mühiti;
- Gənc və dinamik kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.















