Fairmont Baku
Xərclər üzrə Nəzarətçi
Son tarix 15 iyn 2026 - [email protected]
Əmək funksiyası.
- Yüksək keyfiyyət və xidmət standartlarına uyğun gələn qida və içki xərcləri və digər təchizat xərclərinə nəzarət sistemləri və prosedurlarını qurmaq və idarə etmək və bütün proseslərin otelin siyasətinə müvafiq şəkildə icra edilməsini təmin etmək.
- Otelə lazımi inventarların alınması və onlara nəzarət edilməsi ilə bağlı daxili təlimatları inkişaf və təbliğ etdirmək.
- Inventarların aylıq sayılmasının təşkili, icrasına nəzarət və sistemə daxil etmək
- Gündəlik qiymətləndirmə daxil olmaqla, Otelin bütün inventarları üçün məlumat bazası yaratmaq və gedişatını izləmək.
- Otelin bütün məmulatlarının, xüsusilə qida və iaşə məhsullarının müvafiq şəkildə saxlanılmasını və buraxılmasını təmin etmək.
- Otelin fərqli şöbələrinin fərqli ehtiyaclarını qarşılamaq üçün daxili transfer sistemini təşkil etmək və dəstəkləmək.
- Əməliyyatlarla bağlı məsrəflərin aylıq hesabatını hazırlamaq və xərclərin azaldılması ilə bağlı daha sərfəli alternativləri təklif etmək.
- Anbarın bütün qida və iaşə tələbləri ilə bağlı qiymətləndirmə aparmaq
- Menyu qiymətləndirilməsində idarəetməyə kömək etmək məqsədilə menyudakı məmulatların satış qiymətlərinin yaradılmasında iştirak etmək və menyu məmulatlarının satış sisteminə daxil etmək
- İdarəetmə tərəfindən tələb edildiyi şəkildə Qida və İaşə xidmətləri ilə bağlı hesabatlar hazırlamaq.
- POS Sistem məlumatlarının səliqəliliyini qoruyub saxlamaq və texniki vasitələrin normal iş fəaliyyəti göstərdiyindən əmin olmaq.
- Yemək və əyləncə məsrəflərini izləmək, qeydiyyat etmək və hər hansısa bir uyğunsuzluq olduğu təqdirdə Mailiyyə rəhbərinə məruzə etmək.
- Bütün Qida və İaşə xidmətləri ilə bağlı yoxlamaları daima izləyərək hər şeyin Şirkətə xas prosedurlara müvafiq olmasını təmin etmək.
- HACCP tələblərinin həyata keçirilməsində və tətbiq edilməsində fəal iştirak etmək.
Tələblər:
- Mühasibat və mailiyyə sahəsində ali təhsil
- Azərbaycan,İngilis səlis,Rus dili arzu olunandır
- Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
- Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişkən iş mühiti çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək .
- Mühasibat sahəsində təcrübəsi olmaq.
- Kompyüter bilikləri:Excel, Word.
- Opera PMS, Micros Symphony proqramları ilə bağlı biliklərə malik olmaq.
- Mükəmməl ünsiyyət qabiliyyəti olmaq, ətrafdakılarla münasibət qurmağı bacarmaq.
- Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər
- Şirkət siyasət və prosedurlarını başa düşmək və onlara əməl etmək bacarığı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.















