Xalq Bank
Biznesin İnkişafı İdarəsinin Bank məhsulları və biznes analitikası şöbəsinin mütəxəssisi
Son tarix 15 iyn 2026 - Müraciət et
Təsvir
- Bank məhsulları üzrə məhsul şərtlərinin təhlili, istifadənin izlənilməsi və satış həcmlərinin artırılması üçün təkliflərin hazırlanması;
- Müştəri bazasının seqmentləşdirilməsi və satışların səmərəliliyinin aidiyyəti struktur bölmələrlə birlikdə təhlil olunması;
- Bank məhsulları ilə bağlı daxil olan təkliflərin dəyərləndirilməsi, maraqlı tərəflərə yönləndirilməsi və data əsaslı rəy və təkliflərin hazırlanması;
- Bankın biznes tərəfdaşları ilə əməkdaşlıq şərtlərinin müəyyən olunmasında iştirak və həmin şərtlərin mütəmadi səmərəlilik təhlilinin aparılması;
- Kart məhsulları üzrə məhsul şərtlərinin təhlili, istifadənin izlənilməsi, satış və dövriyyənin artırılması üçün təkliflərin hazırlanması, habelə tarif və komissiyaların layihələndirilməsində iştirak;
- Bankın əməliyyat tarif və komissiyalarında dəyişikliklərin layihələndirilməsi və aidiyyəti qurumlarda müzakirəyə təqdim olunması.
Tələblər
- Magistr təhsili;
- Biznes analitikası, məhsul idarəetməsi və bank məhsulları üzrə minimum 2 illik iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti, güclü təhlil və riyazi bacarıqlar, məlumat təhlilinin bütün mərhələlərini idarəetmə bacarığı;
- Hesabatlılıq və təqdimat bacarıqları;
- MS Excel-də peşəkar səviyyədə işləmə bacarığı;
- Komanda işinə uyğunlaşma və bankın müxtəlif funksional strukturları ilə əməkdaşlıq bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar və yüksək təqdimat bacarığı;
- İşdə dəqiqlik, detallara diqqət və məsuliyyətlilik;
- Azərbaycan dilində səlis, ingilis dilində yaxşı səviyyədə biliklər.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.















