Əmlak Məsələləri Dövlət Xidməti ölkə ərazisində torpaqlardan qanunvericiliyə zidd istifadə halları ilə bağlı monitorinqlər və torpaq reydləri keçirir.
FED.az xəbən verir ki, monitorinqlərin məqsədi torpaqların təyinatından kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması və qanunsuz tikintilərin qarnısının alınmasıdır.
2022-ci ilin yanvar-iyun ayları ərzində torpaq müfəttişləri tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı ölkə ərazisində monitorinqlər keçirilib, 10 328 hal üzrə qanun pozuntuları aşkar edilib və bu barədə aidiyyəti orqanlara məktub ünvanlanıb.
Aşkar edilən qanun pozuntuları ilə bağlı 1 221 inzibati protokol tərtib edilib. Bu dövrdə qanunvericiliyinin tələblərinin pozulması halları ən çox Bakı şəhərində, Abşeron, Şəmkir, Bərdə, Beyləqan rayonlarında olub.