Bu ilin noyabr ayı ərzində Bakının kirayə mənzil bazarında qiymətlər 2,4% artıb.
FED.az xəbər verir ki, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deib.
Eləcə də bax: Kirayə evlər - UCUZLAŞACAQ
Onun sözlərinə görə, hesabat ayında obyektlərin icarəsində 6,2% artım qeydə alınıb.
"Yanvar-noyabr ayları üzrə kirayə mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% artıb. Obyektlərin icarəsində isə illik artım 6,4% təşkil edib", - deyə N. İbrahimov bildirib.
APA