Banner

İnşaat və əmlak

Bakıda kirayə mənzillərin - QİYMƏTİ UCUZLAŞIB

Bakıda kirayə mənzillərin - QİYMƏTİ UCUZLAŞIB | FED.az
09:24 14 Aprel 2020

Bakıda ötən ay ərzində kirayə mənzillərin və ticarət obyektlərinin icarə qiyməti aşağı düşüb.

FED.az xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Eləcə də bax: Bakıda mənzillər martda - 2,6% UCUZLAŞIB

Ekspert qeyd edib ki, koronavirus pandemiyası səbəbindən daşınmaz əmlak bazarında fəallıq demək olar ki, dayanıb.

Onun sözlərinə görə, mart ayı ərzində kirayə mənzil bazarında qiymətlər 6.2 faiz aşağı düşüb.

N.İbrahimov vurğulayıb ki, ticarət obyektlərinin icarəsi bazarında isə qiymətlər 3.66 faiz azalıb.

Ekspert vurğulayıb ki, ümumilikdə isə ötən ay ərzində daşınmaz əmlak bazarında 2.6 faiz azalma olub.

Trend

Digər xəbərlər

Banner