Banner

İnşaat və əmlak

Bakıda 18 milyon manata - VİLLA SATILIR - FOTO

Bakıda 18 milyon manata - VİLLA SATILIR - FOTO | FED.az
16:44 14 Fev 2020

Bakıda satılan bəzi villaların qiymətləri "dodaq uçuqladır", desək, yanılmarıq.

FED.az məlumat verir ki, qiymətlər beş milyondan 18 milyon manata qədərdir. 

Eləcə də bax: Bakıda 4 milyon manata villa - SATIŞA ÇIXARILDI

Bakıda hazırda satılan ən baha villa 18 milyon manatadır. Əmlak Sabunçu rayonu Bilgəh bağları deyilən ərazidədir. Əmlakın ümumi sahəsi 1700 kv.m.-dir.

Bundan başqa, Bakının Səbail rayonu, Badamdar qəsəbində 10 milyon manata villa satılır. Villanı qeyri-adi edən onun xüsusi lahiyə əsasında tikilməsidir. 

Paytaxtın mərkəzində Tbilisi prospektində 25 sot ərazidə tikilən dördmərtəbəli villa isə 7 milyon manata satılır. 

Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən villa isə 5 milyon 950 min manata satılır. 

Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində isə 5,7 milyon manata villa satışa çıxarılıb.

Şəhərin Mərdəkan və Bilgəh qəsəbələrində, Nərimanov, Səbail və Nizami rayonlarında qiyməti 5 milyon manat olan villalar satışa çıxarılıb. 

 "Oxu"

Digər xəbərlər

Banner