«Google» şirkəti ABŞ və Yaponiya arasında intenet rabitəsini gücləndirmək üçün 1 milyard dollara yeni kabel çəkir.
FED.az xəbər verir ki, Korporasiya qeyd edib ki, bu layihənin həyata keçirilməsi ölkələr arasında “rəqəmsal rabitənin etibarlılığını və davamlılığını artıracaq”
«Google» korporasiyası Yaponiyanı Şimali Mariana adaları və Quam ilə birləşdirəcək iki yeni fiber-optik internet kabelinin çəkilməsi üçün 1 milyard dollar sərmayə qoyur.
Kabelləri dünyanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan Yaponiyanın «NEC» şirkəti təmin edəcək.