2023-cü ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 37 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Elektrik enerjisi 1-ci, mahlıc 2-ci, meşə fındığı 3-cü olub - İXRAC İCMALI
FED.az xəbər verir ki, bu barədə İxrac icmalının fevral sayında bildirilir.
Qeyd edilib ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 80 faizini təşkil edib.
2023-cü ilin yanvar ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 408,7 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 359,2 min ABŞ dolları ilə Lüksemburq, 270,2 min ABŞ dolları ilə Fransa, 146 min ABŞ dolları ilə BƏƏ, 87,4 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.