“YouTube” smart televizorlar üçün yeni reklam formatını istifadəyə verib. Film, proqram və s. izlədiyimiz zaman nümayiş olunan reklam çarxlarını gizlətmək mümkünsüz olacaq.
"YouTube" reklam blokerlərini bloklayır - FOTO
FED.az xəbər verir ki, reklamlara baxmaq istəməyən istifadəçilər üçün isə ödənişli “YouTube Premium” abunəliyindən istifadə etmək məsləhət görülür.
Bundan əlavə, “YouTube” fasilə zamanı banner reklamları göstərməyi də planlaşdırır. Belə reklamlar isə “rədd et” düyməsini sıxmaqla silinəcək.
Hələlik bu xüsusiyyətlər yalnız ABŞ-da mövcuddur. Tezliklə digər ölkələrdə olan istifadəçilər üçün istifadəyə veriləcəyi gözlənilir. (Marja)