22.12.2023-cü il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan "Gözəl nömrələr" kampaniyasına və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan "Sərbəst tarifli gözəl nömrələr" kampaniyasına yeni qoşulmalar dayandırılacaq.
FED.az xəbər verir ki, qeyd olunan tarixədək kampaniyalara qoşulmuş abunəçilərə kampaniyalar çərçivəsində təqdim edilən paketlərdən minimum istifadə müddəti ərzində və ya qoşulma imkanı həddində kampaniyaların mövcud şərtləri və qaydaları tətbiq ediləcək.
Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, xidmətdən istifadə şərtləri, sifarişi və imtina qaydası barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (http://www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.