Azərbaycanda məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “Kontakt Home” mağazalar şəbəkəsinin (hüquqi adı “ABC Telecom” MMC) yeni Marketinq direktoru məlum olub.
Bakı Baş Səhiyyə Mərkəzində - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, Nərminə İsmayılova “ABC Telecom” MMC-nin Marketinq departamentinin direktoru təyin edilib.
N.İsmayılova 2023-cü ilin fevralında adıçəkilən vəzifəsinin icrasına start verib.
O, 2021-ci ilin iyulunda ABB-dən “ABC Telecom”a təyinat almışdı. 1 il müddətinə marketinq meneceri kimi, 2022-ci ilin sentyabrından isə şöbə müdiri kimi çalışırdı.