Rusiyanın antivirus nəhəngi “Kaspersky Lab” BBC telekanalına bildirib ki, Bayden administrasiyası şirkətin proqram təminatının satışını və yayılmasını qadağan etdikdən sonra ABŞ-ı tərk edir.
Azərbaycanda bu il dövlət qurumlarını hədəfə alan 1,2 milyon zərərli elektron poçt bloklanıb
FED.az xəbər verir ki, şirkət ABŞ-ın tələblərinin nəticələrini öyrəndiyini və qiymətləndirdiyini, eyni zamanda, Birləşmiş Ştatlarda aktiv əməliyyatları dayandırmaq üçün “kədərli və çətin qərar” qəbul etdiyini bildirib. “Kaspersky Lab” əlavə edib ki, bunun əsas səbəbi hazırda bu ölkədə iş görmək üçün heç bir perspektivin olmamasıdır. Bəyanatda qeyd olunur ki, 2024-cü il iyulun 20-dən “Kaspersky Lab” tədricən ABŞ-dakı fəaliyyətini dayandıracaq və ölkədəki mövqelərini ləğv edəcək.
İyunun 20-də ABŞ hakimiyyəti “Kaspersky Lab” məhsullarının Amerika bazarında satışına və istifadəsinə qadağa qoyub, bundan sonra şirkət rəhbərliyinə və işçilərinə qarşı sanksiyalar tətbiq edilib.
ABŞ-da 20 ilə yaxındır fəaliyyət göstərən şirkət qeyd edib ki, onun prioritetləri dəyişməz qalacaq, strateji bazarlara sərmayə qoymağa və rəqəmsal dünyada müştəriləri qorumağa davam edəcək.
“Kaspersky Lab” məhsullarının satışına qadağa ilə yanaşı, ABŞ Rusiya Federasiyasının hərbi və kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyi üçün şirkətə ixrac məhdudiyyətləri də qoyub. Agentliyin məlumatına görə, “Kaspersky Lab” tərəfindən istehsal olunan proqram təminatı istifadəçi məlumatlarının təhlükəsizliyinə təhlükə yarada bilər – xüsusən, bu məlumatların Rusiya hakimiyyət orqanlarına ötürülməsi riski var.
“BBC News” yazır ki, şirkətin Amerika saytında antivirusların və digər şirkət məhsullarının satışı artıq dayandırılıb və ekranda “ABŞ-dan olan müştərilər üçün məhsul almaq mümkün deyil” mesajı görünür. (Azərtac)