Yandex-in ana şirkəti "Yandex NV", Yandex biznesini özəl investorlar konsorsiumuna 475 milyard rubla satdığını elan edib.
ETX: "Azərbaycanda “Whatsapp” hesabları ələ keçirilir" - XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bu barədə şirkət açıqlama verib.
"Hollandiyanın Yandex NV şirkəti Yandex biznesini özəl investorlar konsorsiumuna 475 milyard rubla satmaq üçün müqavilə bağlayıb", - məlumatda deyilir.
"Yandex"in əsas sahibi Yandex menecerlərinin rəhbərlik etdiyi "Consortium.First" olacaq. Həmçinin konsorsiumunda daha dörd səhmdar var: sahibkar və LETA Capital vençur fondunun təsisçisi Aleksandr Çaçavın, “INFINITUM”un baş direktoru Pavel Prass, LUKOIL, investor və sahibkar Alexander Ryazanov.
Yandex-in yeni ana şirkəti 2023-cü ilin sonunda Kalininqradda qeydiyyatdan keçmiş Yandex Beynəlxalq Səhmdar Cəmiyyəti olacaq. Onun səhmlərinin Moskva birjasında alqı-satqıya çıxarılacağı, Artem Savinovskinin isə Yandex-in baş direktoru olaraq qalacağı qeyd edilir.
Yandex, xarici startaplar və Finlandiyadakı məlumat mərkəzi istisna olmaqla, Yandex NV qrupunun bizneslərini, xidmətlərini və aktivlərini özündə saxlayacaq. (Marja)