İyulun 1-də başa çatan 2022-2023-cü maliyyə ilinin üç rübü ərzində Apple şirkətinin xalis mənfəəti illik müqayisədə 6,4% azalaraq 74 milyard 39 milyon dollar olub.
iPhone 15 bu tarixdə - TƏQDİM EDİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilir.
Səhmbaşına mənfəət bir il əvvəlki 4,82 dollardan 4,67 dollara düşüb.
Şirkətin hesabat dövründəki gəlirləri 3,4% azalaraq 293 milyard 787 milyon dollar təşkil edib.
Maliyyə ilinin üçüncü rübündə Apple-ın xalis mənfəəti 2,3% artaraq 19 milyard 881 milyon dollar təşkil edib. Şirkətin hesabat dövründə gəlirləri isə 1,4% azalaraq 81 milyard 797 milyon dollar təşkil edib, proqnoz isə 81 milyard 730 milyon dollar idi.
Üçüncü rübdə iPhone satışından əldə edilən gəlir illik müqayisədə 2,4% azalaraq 39 milyard 669 milyon dollar (proqnoz 39 milyard 91 milyon dollar), Mac satışından əldə edilən gəlir 7,3% azalaraq 6 milyard 840 miylon dollar, iPad satışından əldə edilən gəlir 19,8% azalaraq 5 milyard 791milyon dollar olub.
“Apple Watch” və “Air Pod”ların daxil olduğu seqmentdə satışlar 2,5% artaraq 8 milyard 284 milyon dollara, Xidmətlər bölməsi üzrə gəlirlər isə 8,2% artaraq 21 milyard 213 milyon dollara çatıb.
Apple səhmləri məlumatlar açıqlandıqdan sonra ucuzlaşıb. (Marja)