ABŞ-da antivirus istehsalçılarına “iPhone” və “Mac”ı daha yaxşı müdafiə etməyə kömək edəcək “DoubleYou” startapı yaradılıb.
“Apple” ən böyük smartfon istehsalçıları siyahısında ikinci yerə düşüb
FED.az xəbər verir ki, “DoubleYou” Patrik Uordl və Mixail Sosonkin tərəfindən təsis edilib. Patrik Uordl 2006- 2008-ci illərdə ABŞ Milli Təhlükəsizlik Agentliyində işləyib, daha sonra isə “macOS”da ixtisaslaşmış müstəqil təhlükəsizlik tədqiqatçısı olub. Mixail Sosonkin isə 2019-2021-ci illərdə “Apple” təhlükəsizlik komandasında işləyib.
Onlar dostdurlar və hesab edirlər ki, “Apple” platformaları haqqında geniş biliklərə malikdirlər. Onlar “macOS” və “iOS” üçün təhlükəsizlik sahəsində yaxşı məhsulların az olmasını anlayandan sonra startapa start vermək qərarına gəliblər. Eyni zamanda, hər iki sistem getdikcə daha çox haker hücumlarına məruz qalır.
“DoubleYou”ın ideyası daha sonra digər şirkətlərə lisenziyalaşdırıla biləcək yeni virus təhlil üsullarının işlənib hazırlanmaqdan ibarətdir. Hazırda “DoubleYou” “macOS”da istənilən etibarsız kodun aşkar edilməsi, eləcə də DNS-trafikdə anomaliyaların monitorinqi və bloklaması üsullarını işləyib hazırlayır. (Azərtac)