1. Kevin Durant
İllik gəlir: 56, 2 mln dollar
Yaş: 27
İdman növü: Basketbol
Olimpiadalarda nailiyyətləri: qızıl (2012)
Ölkə: ABŞ
“Oklahoma City”nin keçmiş oyunçusu və növbəti mövsümdə “Golden State”də oynayan Kevin Durant 2015-ci ildə reklam müqavilələrindən 36 milyon dollar əldə edib.
Qazancının 20 milyon dollara yaxınını klubdakı məvacibi təşkil edən basketbolçu 2014-cü ildə “Nike”la 300 milyon dollar müqabilində 10 illik müqavilə bağladı. Xatırladaq ki, “Nike” şirkəti ilə bundan öncəki müqaviləsinin müddəti 6 illik, qazandığı məbləğ isə 60 milyon dollar idi.
İdmançı həmçinin İspaniyanın BBVA banklar qrupu, “Sparkling Ice” soyuq içkilərinin istehsalçısı, “Orange Leaf” və s. şirkətlərlə əməkdaşlıq edir.
2. Novak Cokoviç
İllik gəlir: 55,8 mln dollar
Yaş: 30
İdman növü: tennis
Olimpiadalarda nailiyyətləri: bronz (tək oyun, 2008)
Ölkə: Serbiya
Pulunun demək olar ki, yarısını kortlarda qazanıb. Tennisçi, 2015-2016-cı illərdə keçirilən Grand Slam’ın 4 turnirində (Wimbledon-2015, US Open-2015, Australian Open-2016, Roland Garros-2016) qələbə qazanaraq, keçən il 21,8 milyon dollar qazanıb. Qazancının digər hissəsi Yapon geyim firması “Uniqlo” ilə 2012-ci ildə imzaladığı 5 illik müqaviləyə aiddir.
İstedadlı serb 2014-cü ildə “Peugeot” şirkətinin siması oldu. Bundan əlavə, Novak Cokoviç “Adidas” şirkəti, saat firması olan “Seiko”, Avstraliya və Yeni Zellandiyanın ən böyük bankları ilə əməkdaşlıq edir.
3. Rafael Nadal
İllik gəlir: 37,5 mln dollar
Yaş: 30
İdman növü: tennis
Olimpiadalarda nailiyyətləri: qızıl (tək oyun, 2008)
Ölkə: İspaniya
Nadal ötən il 5,5 milyon dollar mükafat qazanıb. İdmançı “Nike”la 2008-ci ildə bağladığı 10 illik müqavilənin şərtlərinə görə hər il 10 milyon dollar alır.
Grand Slam turnirlərinin 14 qat qalibi Fransız tennis raketi istehsalçısı olan “Babolat” şirkəti, həmçinin “Kia”, “Telefonica” ilə əməkdaşlıq edir. 2014-cü ilin dekabrında “Armani Jeans”lə işgüzar əlaqələri bitirən Nadal “Tommy Hilfiger” ilə (3-4 mln dollara yaxın) 2 illik müqavilə bağlayıb.
Tennisçi oyunlara sponsor “Richard Mille” fransız şirkətinə məxsus saatlarla çıxır. Sonuncu dəfə qolunda olan modelin qiyməti 800 min dollara bərabər idi.
4. Neymar
İllik gəlir: 37,5 mln dollar
Yaş: 24
İdman növü: futbol
Olimpiadalarda nailiyyətləri: gümüş (2012)
Ölkə: Braziliya
“Barselona”nın istedadlı hücumçusu 2015-ci ildə reklam müqavilələrindən 23 milyon dollar, futboldan isə 14,5 milyon dollar gəlir qazanıb.
Gənc futbolçu hələ 2011-ci ildə “Nike” ilə ümumi dəyəri 105 milyon dollar olan 11 illik müqavilə bağladı. 2013-cü ildə isə “Panasonic” şirkəti idmançıyla 4 illik müqaviləyə imza atdı.
Neymar həmçinin, Gillete üzqırxanları üçün aksesuar istehsalçısı olan “Perfect isn`t Pretty”in gələcək oyunlara həsr olunmuş reklam kampaniyasında əsas rollardan birini oynayır. Futbolçu “Volkswagen”, “Red Bull” və digər şirkətlərlə də əməkdaşlıq edir.
5. Kei Nishikori
İllik gəlir: 33,5 mln dollar
Yaş: 26
İdman növü: tennis
Olimpiadalarda nailiyyətləri: yoxdur
Ölkə: Yaponiya
Həmişə zədələrdən əziyyət çəkən yapon tennisçisi kortda ilə 3,5 milyon dollar qazanıb. Qazancının digər hissəsi isə sponsor müqavilələrindən toplanıb.
2016-cı ilin yanvarında idmançı“Uniqlo” şirkətiylə ilə 10 milyon gəlir gətirən müqavilə imzalayıb. Onun yapon sponsorlarının içində “Asahi”, “Nissan Foods” və NTT də yer alır.
2014-cü ildə US Open finalından sonra Kei “Jaguar”ın səfiri oldu və onun şərəfinə 35 sportcar istehsal olundu.
6. Useyn Bolt
İllik gəlir: 32,5 mln dollar
Yaş: 29
İdman növü: yüngül atletika
Olimpiadalarda nailiyyətləri: 6 qızıl (2008, 2012)
Ölkə: Yamayka
Dünyanın ən sürətli insanı 2015-ci ildə stadionlarda 2,5 milyon dollar, müqavilələrdə isə 30 milyon dollar gəlir əldə edib.
Atletin əsas sponsoru “Puma” şirkətidir. 2013-cü ildə imzaladığı müqaviləyə əsasən Bolt hər il 10 milyon dollar qazanır.
İdmançı isveçrə saat brendi “Hublot”un simasıdır. “Gatorade” idman içkiləri şirkəti, “Nissan” avtomobil istehsalçısı, eləcə də “Virgin Media” telekommunikasiya şirkəti ilə əməkdaşlıq edir.
7. Carmelo Anthony
İllik gəlir: 30,9 mln dollar
Yaş: 32
İdman növü: basketbol
Olimpiadalarda nailiyyətləri: 2 qızıl (2008, 2012), bronz (2004)
Ölkə: ABŞ
“New York Knicks”in favoriti gəlirinin əsas hissəsini – 22,9 milyon dolları basketbol meydançasında qazanıb. Reklam müqavilələri ona yalnız 8 milyon dollar gətirib. O, 2014-cü ildə 124 milyon qazanacağı 5 illik müqaviləyə imza atıb.
İdmançı basketbol ayaqqabıları istehsal edən “Nike Jordan Brand” şirkəti ilə əməkdaşlıq edir.
8. Serena Uilyams
İllik gəlir: 28,9 mln dollar
Yaş: 34
İdman növü: tennis
Olimpiadalarda nailiyyətləri: 4 qızıl (2012, 2000, 2008, 2012)
Ölkə: ABŞ
Dünyanın ən güclü tennisçi qadını 2015-ci ildə kortda 8,9 milyon dollar əldə etməklə yanaşı, 20 milyon da sponsor müqavilələrindən qazandı.
2003-cü ildən dünyada ən yüksək ödənişlər edilən qadın idmançı, “Nike” şirkəti ilə əməkdaşlıq edir. Bu siyahıya “Wilson” və “Gatorade” də daxildir. Uilyamsın “Pepsi”, “Delta Airlines”, IBM və digər şirkətlərlə də müqavilələri var.
9. Kyrie Irving
İllik gəlir: 27,6 mln dollar
Yaş: 24
İdman növü: basketbol
Olimpiadalarda nailiyyətləri: yoxdur
Ölkə: ABŞ
“Klivlend”in və millinin müdafiəçisinin təkcə klub gəlirləri 16,6 milyon dollar təşkil edir.
3 illik müqavilənin bitməsindən sonra 2014-cü ildə klub basketbolçu ilə dəyəri 90 milyon dollara bərabər yeni 5 illik müqavilə imzaladı. İdmançının əsas sponsorları sırasında “Nike”, “Pepsi”, qulaqlıq istehsalçısı “Skullcandy”, videoyunlar yaradıcısı “Activision Blizzard” da var.
10. Paul George
İllik gəlir: 24,1 mln dollar
Yaş: 26
İdman növü: basketbol
Olimpiadalarda nailiyyətləri: yoxdur
Ölkə: ABŞ
“Indiana Pacers”in və ABŞ millisinin əsas oyunçusu olan Paulun klub gəlirləri 17,1 milyon dollara bərabərdir.
2013-cü ildə klub idmançıyla, müqavilə müddəti ərzində 80-90 milyon dollar qazanacağına zəmanət verən 5 illik müqavilə imzaladı. İdmançının əsas sponsorları “Nike”, “Gatorade”, “Papa John’s” və online idman geyim mağazası “Fanatics”dir.
Kommersant.ru©
Rio olimpiadasının ən varlı iştirakçıları
18:16
22 Avq 2016