Bakıda keçiriləcək Şahmat Olimpiadasında ən yüksək reytinqli komandaların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, kişilərin yarışında qüvvəsini sınayacaq 180 komanda arasında ən yüksək göstərici Rusiya millisinə məxsusdu.
Şimallıların orta əmsalı 2760-a bərabərdi. ABŞ (2740) ikinci, Çin (2735) üçüncü pillədə qərarlaşıb. Azərbaycanın I komandası isə 2705 xalla 4-cüdü. İkinci komandamız 2576, üçüncü isə 2350 xala malikdi.
141 komandanın çıxış edəcəyi qadınların turnirində isə reytinq-favorit Çin millisidi – 2528. İkinci pilləni Rusiya (2493) tutursa, ilk “üçlüyü” Ukrayna (2485) qapayır. 2320 xala malik Azərbaycanın I komandası liderlərdən çox geri qalır. İkinci komandamız 2248, üçüncü isə 2016 xala malikdi.