Amerikanın alkoqolsuz içki istehsalçısı “PepsiCo”nun Azərbaycandakı törəmə şirkəti barəsində Dövlət Gömrük Komitəsi tərəfindən inzibati xəta protokolu tərtib edilib.
Eləcə də bax: Azərbaycanda vodka istehsalçısı - Cərimələnir
FED.az Banker.az-a istinadən xəbər verir ki, törəmə şirkət olan “PepsiCo Azərbaycan” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“PepsiCo Azərbaycan” MMC 2015-ci ildə yaradılıb və hazırda 2 792 168 manat nizamnamə kapitalına sahibdir.