Azərbaycanda yapon avtomobil markasınının satışını həyata keçirən şirkəti barəsində Dövlət Gömrük Komitəsi tərəfindən inzibati xəta protokolu tərtib edilib.
Eləcə də bax: Sahibkarlar və şirkətlər üçün - YENİ CƏRİMƏ GƏLİR – 100 MANAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Mitsubishi Motors-un Azərbaycandakı rəsmi dileri “Diamond Motors” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edilərək, Abşeron Rayon Məhkəməsinə göndərilib.
İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Diamond Motors” MMC 2006-cı ildən Azərbaycanda şirkət kimi fəaliyətdədir. “Mitsubishi Motors” regional distribütoru arasında imzalanmış sazişə əsasən “Diamond Motors” MMC Azərbaycanda “Mitsubishi Motors” şirkətinin rəsmi dileridir. 2006-cı ildən “Mitsubishi Motors” avtomobillərinin rəsmi satışlarına start verib.