“AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Eləcə də bax: Gömrük Komitəsi Balaxanı Sənaye Parkının rezidentini - CƏRİMƏLƏYİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Məlumat üçün qeyd edək ki, “AzerFloat” QSC cari ilin iyun ayında eyni maddə ilə məhkəməlik olmuşdur.
İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Onu da qeyd edək ki, “AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Müəssisədə Almaniya (HORN Glass İndustries) şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə lövhələr istehsal edilir.