Azərbaycanın təhdükəsizlik orqanları ölkə tarixində indiyədək ən böyük qanunsuz maliyyə əməliyyatının üstünü açıblar.
Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin-QARŞISI ALINIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycandan külli miqdarda vəsaitin qanunsuz və innovativ üsulla – bitkoinlər vasitəsilə ölkədən kənara çıxarılması kanalını aşkarlayıb.
Nəticədə bu işlə məşğul olanlar indiyədək görünməmiş məbləğdə cərimə edilib, onların bitkoinləri isə dövlətin nəfinə müsadirə edilib, yəni dövlətə keçib.
İş üzrə yayılan rəsmi açıqlamaya əsasən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu məhkəmə prosesi Azərbaycanda ilk dəfə olaraq kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi ilə fərqlənib.
Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən ittiham olunan şəxslər Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi üzrə ittiham ediliblər. Bu maddələrə əsasən həmin şəxslər əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan gizli köçürmələrində təşkilində təqsirli biliniblər.
Təqsirkarlardan B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat cərimə cəzasına, İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31 milyon 399 min 709 manat cərimə cəzasına məhkum ediliblər.












