2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 984 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Azərbaycanın 2027-ci il büdcəsi açıqlandı – XƏRCLƏR 42,4 MİLYARD MANAT OLACAQ
FED.az Maliyyə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 milyard 312,1 milyon manat təşkil edib ki, bu da proqnozu 787,7 milyon manat və ya 2.8 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 169,7 milyon manat və ya 0.6 faiz çoxdur.
Yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 25 milyard 348,2 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 680 milyon manat və ya 2.8 faiz çoxdur. Dövlət büdcəsinin icrası nəticəsində 3 milyard 963,9 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.
2026-cı ilin yanvar-sentyabr ayları ərzində icmal büdcənin gəlirləri 36 730,8 milyon manat, xərcləri isə 30 089,9 milyon manat məbləğində icra edilib.













