Külli miqdarda dələduzluqda təqsirləndirilən, yükdaşıma xidmətləri ilə məşğul olan "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərovun və atası Zəkrəm Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bakıda fərqli etiraz - Dövlət Xidməti yeni qaydalara əsasən əlavə sənədlər - TƏLƏB EDİR
“TIR” sürücülərinin etiraz etdiyi şöbə müdiri - İŞDƏN ÇIXARILDI - İCLAS
Eləcə də bax: Yolu bağlayan TIR sürücüsü - HƏBS OLUNDU - FOTO
Yolu bağlayan sürücülər həbs edidi - ÜZR VİDEOSU YAYILDI - VİDEO
Bakıda yolu bağlayan TIR şirkətinin rəhbərinə qarşı - "ŞİKAYƏTLƏR" BAŞLAYIB
FED.az xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.
Qeyd edək ki, fevralın 17-i səhər saatlarında "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar. (Apa)