Bakıda yolu bağlayan TIR sürücü Rəmiş Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.
Eləcə də bax: Etiraz edən TIR sürücülərinə - 30 GÜN HƏBS VERİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə qərar bu gün Nərimanov rayon Məhkəməsi tərəfindən çıxarılıb.
Məhkəmə Rəmiş Cəfərov barəsində istintaq orqanının təqdimatı əsasında 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarıb.
Qeyd edək ki, həmin fakta bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.