Bu gün Bakıda yolu bağlayan sürücülər həbs edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı ATV-yə istinadən xəbər verir ki, haqlarında cinayət işi açılan sürücülərin üzr istəmək videosu yayılıb.
“TIR” sürücülərinin etiraz etdiyi şöbə müdiri - İŞDƏN ÇIXARILDI - İCLAS
Videoda onlar onlar tıxaca səbəb olduqlarına görə peşman olduqlarını bildirirlər. Üzr videosu yayılanlar arasında TIR-lardan birini sürən "R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərov da var.
Qeyd edək ki, bu gün Heydər Əliyev prospektində yolu bağlayan TIR sürücüsü Rəmiş Cəfərov saxlanılıb. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərovun Feysbukdakı canlı yayımda sürücünün atası Zəkiran Cəfərov bildirib. Onun sözlərinə görə, oğlu hazırda Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsində saxlanılır.
Xatırladaq ki, bu gün “R-Group” şirkətinin 4 yük maşını Bakıda Heydər Əliyev prospektində yolu bağlayıb.
FED.az xəbər verir ki, onlar yük avtomobillərinin üzərinə nə məqsədlə etiraz etdiklərini də qeyd ediblər: Belə ki, “R-Group” şirkətinin sürücüləri TIR-lardan birinin üzərinə bu sözləri yazıblar: “Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb: "Məsələyə hüquqi müstəvidə qiymət veriləcək".