Nizami Rayon Məhkəməsi “Azesert Halal” MMC-nin 1200 manat cərimə edilməsi barədə qərar çıxarıb.
FED.az məlumat verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) ilə təqsirli bilinib.
Eləcə də bax: Kolbasa şirkətinin "Halal" sertifikatı - LƏĞV EDİLİB
Nizami Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il qərarından “Azesert Halal” MMC-nin verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
"Azesert Halal" MMC Halal məhsulların sertifikatlaşdırılması üzrə akkreditasiya edilmiş qurumdur.
Report