"Araz Supermarket” MMC-yə inzibati protokol yazılıb.
Eləcə də bax: “Veysəloğlu”dan yararsız toyuqlarla bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib etdiyi protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Babək Pənahovun icraatındadır.
Qeyd edək ki, bu inzibati xətaya görə, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
“Araz Supermarket” Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir. (Report)