İdman xidmətləri göstərən «Gənclik» ASC 2022-ci ilin nəticələrinə açıqlayıb.
Azərbaycandakı şpris zavodu hər il - 2 MİLYON QAZANC GÖTÜRÜR – HESABAT
Reklam gəlirləri artsa da, Reklam Agentliyi - ZƏRƏRLƏ İŞLƏMƏYƏ BAŞLAYIB, KAPİTALI AZALIB - HESABAT
7,5 milyon manatlıq şərab sataraq – MƏNFƏƏTƏ ÇIXIB
İşlənmiş yağların emalı biznesi quran şirkət – 2,7 MİLYON MANAT QAZANC GÖTÜRÜB
Dəmirçi Qafarın şirkəti hər il 2 milyon manat qazanır – İLLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, şirkətin illik ümumi gəlirləri 2 dəfəyə yaxın artaraq 2021-ci ildəki 303 min manatdan, 2022-ci ildə 578 min manata yüksəlib.
Xərcləri isə 365 min manatdan 520 min manat qalxıb. 2022-ci ildə şirkətin işçilərinə əmək haqqı kimi ödədiyi məbləğ təqribən 50% artaraq 190 min manatdan 264 min manata yüksəlib.
Nəticədə «Gənclik» ASC 2022-ci ili 59 min manat əməliyyat mənfəəti və xalis mənfəətlə tamamlayıb. Ötən il isə şirkət zərərlə işləmişdi – təqribən 61 min manat.
2022-ci ildə «Gənclik» ASC-nin aktiv və öhdəliklərində ciddi dəyişiklik olmayıb – aktivlər təqribən 5,1 milyon manatdır, bunun böyük hissəsi bina, torpaq, tikili və avadanlıqlardır. Şirkətin öhdəlikləri isə təqribən 100 min manat azalaraq 965 min manatdan 857 min manata enib.
«Gənclik» ASC sahibkarların yatırdığı 5 milyon manat kapitalla işləyir.
«Gənclik» ASC Babayevlər ailəsinə məxsusdur – şirkətin səhmlərinin 80%-nə Kamal Babayev (42%) və onun övladları – oğlu Tahir Babayev (21%), qızı Rəna Babayeva (15%) nəzarət edirlər. Şirkətin daha bir səhmdarı isə ölkənin tanınmış iş adamı və keçmiş bankiri «AG Bank»ın sahibi Çingiz Əsədulladır, o «Gənclik» ASC-də 20% paya malikdir.