«Göyçay Şərab» ASC 2022-ci il üzrə yekunlarını elan edib.
FED.az şirkətin hesabatına istinadən xəər verir ki, 2022-ci ildə “Göyçay Şərab” ASC-nin satış gəlirləri 7 milyon 537 min manat olub. Bu 2021-ci ilə nisbətən 162 min manat və ya 2,2% artıqdır.
Satışın maya dəyəri isə 1 252 min manat və ya 14,2% azalaraq 7 milyon 481 min manat olub. 2021-ci ildə satışın maya dəyəri 8 milyon 733 min manat idi.
Zavodun sair əməliyyatlar üzrə gəlirləri son bir illə müqayisədə 77,1% yaxud 93 min manat artaraq manatdan, 214 min manata yüksəlib.
Nəticədə «Göyçay Şərab» ASC 2022-ci ili 216 min manati xalis mənfəətlə tamamlayıb. 2021-ci ildə isə şirkət 1 milyon 137 min manat zərər etmişdi.