Azərbaycanda işlənmiş yağların emalı ilə məşğul olan "Exol Azerbaijan" QSC 2022-ci ilin hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, 2022-ci ildə şirkətin satış gəlirləri 7,2 milyon manat, əməliyyat xərcləri isə 4,4 milyon manat olub. Əvvəlki illə müqayisədə şirkətin gəlirləri 0,8 milyon manat, xərcləri 0,2 milyon manat artıb.
"Exol Azerbaijan"ın inzibati xərcləri isə 2 dəfədən çox azalaraq 431 min manatdan 194 min manata düşüb.
Nəticədə şirkət ili 2 milyon 655 min manat xalis mənfəətlə bitirib, Bu 2021-ci ilin göstəricisindən 505 artıqdır, xatırladaq ki, həmin iş şirkətin xalis mənfəəti 1 milyon 761 min manat olmuşdu.
2022-ci ilin sonuna "Exol Azerbaijan"ın cəmi aktivləri 2,4 milyon manat təşkil edir. Bu 2021-ci ildən 0,6 milyon manati artıqdır.
Şirkətin öhdəlikləri 1,9 milyon manat, kapitalı isə 519 min manat təşkil edir.
Xatırladaq ki, "Exol Azerbaijan" Balaxanı Sənaye Parkının rezidentidir. Şirkətin əsas biznesi işlənmiş yağların emalıdır.