Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edərək rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Səfər Vəliyev və Elnur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
FED.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
ELƏCƏ DƏ BAX: Bank hesabından pul oğurladı – TUTULDU
Elan olunmuş ittiham üzrə hər iki şəxs özünü qismən təqsirli bilib.
E.Rzayev sərbəst ifadəsində söyləyib ki, yalnız üç epizodda iştirak edib və özünü Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim etməyib. O deyib ki, daha əvvəl Sahibkarlıq Hüquq Cəmiyyətində çalışıb:
“Bizdə həmin cəmiyyətin vəsiqəsi olub, sədrimiz isə Əli Babayev idi. Mən orada sahibkarlara könüllü olaraq təlim keçirdim. Buna görə də sahibkarlardan zəhmət haqqı alırdım. Bir çox mağazalar bizim təklifimizi qəbul etmişdi. Gedib orada vaxtı keçmiş malları aşkar edirdik və sonra sahibkarlara başa salırdıq. Biz daha əvvəl mağazalara gedəndə heç Qida Təhlükəsizliyi Agentliyi yaranmamışdı. Ümumiyyətlə, agentliyin adından istifadə etməmişik. Sonra cəmiyyət ləğv edildi”.
Məhkəmə prosesi noyabrın 27-də davam etdiriləcək.
“Sahibkarlara başa salırdıq” - MƏHKƏMƏ
19:39
20 Noy 2018