Banner
Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
    • Supermarket
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Hadisə

  1. Ana səhifə
  2. Hadisə
  1. Hadisə

Qarabağı talayan xarici şirkətlər - SİYAHI

Qarabağı talayan xarici şirkətlər - SİYAHI | FED.az
20:02 2 Dek 2018

Qarabağ problemi uzandıqca iqtisadi cəhətdən böhran yaşayan Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın təbii sərvətlərini daha qəddarlıqla istismar edir.

Xarici şirkətlərin Qarabağda törəmə filiallarını yaradan Ermənistan hökuməti bu törəmə müəssisələrin rəhbərliyinə erməni millətindən olan rəhbərlər gətirərək, böyük hiyləgərliklə Qarabağa xarici investisiyalar cəlb edir. Bunun da nəticəsində Qarabağın təbii sərvətləri qeyri–qanuni yollarla xarici ölkələrdə satışa çıxarılır.

Əldə edilən gəlir Ermənistanın inkişafına sərf olunur, bir qismi isə Qarabağda yaşayan ermənilərin maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilir. Təəssüflər olsun ki, özlərini demokratiya, insan hüquqları, ekologiyanın qoruyucuları kimi dünyaya car çəkən Qərb dövlətləri, hətta şimal qonşumuz Rusiyanın iş adamları belə bəzi məqamlarda öz maddi maraqları naminə Dağlıq Qarabağda Ermənistanın işğalçılıq siyasətini və həmin ərazilərində ermənilərin törətdiyi talançılıq əməllərini davam etdirilməsinə göz yumur, özlərini təmsil edən şirkətlər vasitəsilə “erməni dəyirmanına su” tökürlər. Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərinin 261 min hektar meşə sahəsi, o cümlədən pasportlaşmış 145 Şərq Çinarı məhv edilib.

FED.az  Modern.az-a istinadən xəbər verir ki, belə talançı müəssisələrdən biri də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən, Dmitriy Krivelevin rəhbərlik etdiyi "Vibrotexnik" şirkətidir. Şirkət 2003-cü ildən başlayaraq qızıl, mis filizləri və digər əlvan metalları parçalamaq və narınlamaq üçün texniki avadanlıqların, onların tərkibini müəyyən etmək üçün ələk analizatorların, maddələrin tərkibinin analizini aparmaq üçün laboratoriya vasitələrinin istehsalı ilə məşğul olur. Hazırda şirkət öz sahəsi üzrə dağ mədənlərin istismarı, geoloji axtarışları, metallurgiya sahəsində fəaliyyət göstərən bir sıra nəhəng yerli və xarici (Tacikistan, Özbəkistan, Belarus, Ukrayna, Moldova, Ermənistan, İngiltərə, İspaniya və s.) müəssisələr ilə əməkdaşlıq edərək onları lazımi texniki avadanlıqlarla təchiz edir. Son illər ərzində şirkət işğal olunmuş Azərbaycan ərazilərində, Ağdərə rayonun Drmbon yamacında yerləşən qızıl filizi yataqlarını istismar edən “Base Metals” zavodu ilə əməkdaşlıq edərək həmin zavodu istehsal prosesi üçün zəruri hesab edilən texniki avadanlıqlarla təchiz edir.

Rus və erməni mətbuatının yazdığına görə, "Vibrotexnik"lə Dağlıq Qarabağın "Base Metals" zavodu arasında aparılan işlərin icraçısı və əlaqələndiricisi müəssisənin baş direktorun oğlu, əvvəllər həmin şirkətin laboratoriya müdiri olmuş Mixaİl Krivelevdir.  Eyni zamanda, Moskvanın "Geologix Group" şirkəti Dağlıq Qarabağda qızıl hasilatı ilə məşğul olmağa başlamaq istəyini reallaşdırmış. Şirkətin məlumatına görə, işlərə 2015-ci ilin yayından başlanmalı idi.

Rusiyanın “Sekret Firma” jurnalının xüsusi müxbiri Viktor Feşenko Qarabağdan hazırladığı xüsusi reportajlarda bizim bilmədiyimiz bir çox gizli məqamlara aydınlıq gətirib. Jurnalın yazdığına görə, Ermənistan Qarabağın təbii sərvətlərini daşımaq üçün 2012-ci ildə Xocalı hava limanını yenidən tikərək böyük həcmli təyyarələrin enməsi üçün istifadəyə yararlı hala gətirib. Çünki Ermənistanın işğalı altındakı Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Məhz bu səbəbdən Xocalı hava limanına Azərbaycanın icazəsi olmadan xaricdən ağır yük təyyarələri endirilə bilməzdi, çünki bu ərazilərdə mülki aviasiyaya məxsus lisenziya hüququ Azərbaycana məxsusdur. Fransız mənbələrin məlumatına görə, Dağlıq Qarabağda qızıl hasilatı üçün istifadə olunan avadanlığın böyük hissəsi Rusiya və Fransadan gətirilir. "Bu Rusiya və Fransa hökümətinin xəbəri olmadan və icazəsiz baş verə bilməz. Regionun geosiyasi vəziyyəti və (qondarma) "Dağlıq Qarabağ Respublikasının" məmurlarının bioqrafiyası bunun hər iki ölkənin razılığı ilə baş verdiyini deməyə əsas verir".

İlk olaraq qeyd edək ki, erməni işğalı altında olan Söyüdlü – Zod qızıl mədəni Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir və tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 –80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub. 

İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri, sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 20 ildən də coxdur ki, Ermənistan tərəfindən talan edilir. Belə ki, 1998-ci ildə Kanadanın “Canadian First Dynasty Mines Ltd” şirkəti ilə müqavilə bağlamış Ermənistan hökuməti 2002-2003-cü illərdə Zod yatağından 5 ton qızıl çıxarıb. Bundan savayı, qeyd edilən sahədə Ermənistanın növbəti ortağı Hindistanın “İndian Sterlite Gold Ltd” şirkətidir.   

ATƏT-in Minsk Qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlarına məxsus “Global Gold Armenian Ltd” şirkəti əsas həmkarlardan biridir. “Global Gold Armenian Ltd” 1995-ci ildə yaradılıb və onun yaradılması haqqında sazişi şahid qismində ABŞ-ın Ermənistandakı səfiri Piter Tomson imzalayıb. ABŞ-ın “ATA-Bank MS“  (DQ-də bank işinin təkmilləşdirilməsi üçün 1,8 milyon dollar sərmayə qoyub. Həmçinin ABŞ-ın avtomobillərə texniki yardım göstərən və dünyanın 100-dən artıq ölkəsində ofisləri olan “GS Motors” şirkəti də 2014-cü ilin avqust ayından etibarən Xankəndində maşınlara texniki yarım göstərən mərkəz açıb.

Yüzlərlə ABŞ istehsalı olan müxtəlif  “Caterpillar” maşınları,  ABŞ -ın “John Deere” və Almaniyanın “Deutz-Fahr” şirkətlərinin kənd təsərrüfatı traktorları və avadanlıqları, Belarusun “MT3-82,3” modelli kənd təsərrüfatı traktorları həmçinin digər texnika mədənçilik, kənd təsərrüfatı, yaşayış məntəqələrinin genişləndirilməsi və dəstək infrastrukturunun tikilməsində qeyri-qanuni istifadə olunur. İranın “İran Mellat Bankı”nın İrəvan filialı da növbəti dəfə 2016-cı ilin aprelində “Dağlıq Qarabağ Respublikasına” böyük miqdarda maliyyə yardımı göndərib. “İran Mellat Bankı” tərəfindən əvvəllər həmin bankın İrəvan filialının keçmiş şöbə müdiri, Ermənistan vətəndaşı Hraçya Talışi Ovanisyanın etirafı:  “2016-ci ilin aprel hadisələri zamanı mən “İran Mellat Bankı”ının tapşırığı ilə “Dağlıq Qarabağ Respublikası” üçün növbəti dəfə maliyyə yardımı aparmaq məqsədilə Dağlıq Qarabağa səfər etmişəm. Səfər zamanı əvvəlcə Gorusa, daha sonra isə orada toplanan könüllülərə qoşularaq onlarla birgə Dağlıq Qarabağa getmişəm. Qarabağda olarkən bir sıra dövlət məmurları ilə, o cümlədən, general Manvel Qiqoryanla görüşdüm və bankın Qarabağa göndərdiyi maliyyə yardımları barədə müzakirələr apararaq fikirlərimi paylaşdım. 

Ermənistanda  yüzlərlə İran şirkəti fəaliyyət göstərir.
Bankda olan qeydiyyatlara görə, bunlar “Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə),
“Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari),
“Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti),
“Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi),
“Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan),
“Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İraniyan” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabyan” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan) kimi şirkətlərdir. Bu şirkətlərin adından tez-tez Dağlıq Qarabağa bizim bank yolu pul köçürmələri olur.”

Qeyd edək ki, İranın “Part Saman Caal Ko” şirkəti ilə separatçı qurumun rəhbərliyi arasında imzalanan müqaviləyə əsasən, 1883-cü ildə Şuşada inşa olunmuş Gövhər Ağa məscidi (Yuxarı məscid) rekonstruksiya edilib.

Fransanın poliqrafiya məhsullarının çapı ilə məşğul olan “Cartor” şirkəti  “Şuşanın azad olunmasının 20 illiyi”, “Dağlıq Qarabağ Ordusunun yaranmasının 20 illiyi” və digər günlərdə Xankəndidəki nümayəndəliyi vasitəsilə sifarişlər həyata keçirib. Eyni zamanda Fransaya məxsus şirkətlər mebel və çaxır çəlləkləri sexləri üzrə ən çox gəlir əldə edən istehsalçıdır.

İngiltərənin mərkəzi ofisi Londonda yerləşən “Grand Thronton” beynəlxalq şirkətinin törəmə şirkəti olan “Grand Thronton Ermənistan”ın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti, biznesin təşviqinə dair müəyyən nəşrlər hazırlaması və həmin şirkətin Ermənistanın “Hayastan” fondu ilə əlaqələri hələ 2015-ci ildən məlum idi.

Çexiyanın “Metle Beyz” şirkətinin 127 milyon dollar investisiya qoyması barədə xəbərlər də çex mediasında yazılıb. 2015-ci ildən bu şirkət tam gücü ilə işləyir. Qeyd edək ki, 2014-cü ildə adıçəkilən şirkət işğal olunan ərazilərdə ən çox vergi ödəyən şirkət olub.

Dağlıq Qarabağda fəaliyyət göstərən İsveçrənin “Prok-mebel“ (şirkətin məqsədi burada mebel istehsal etməkdi), Sərmayəsinin məbləği 10 milyon dollar olub) və İsveçrənin “Sirkon-Ermənistan“ (mehmanxana və turizm sahəsinə 1,5 milyon dollar sərmayə qoyub) .
Cənubi Koreyanın “Samsung” şirkətinin nümayəndəliyi də iki ilə yaxındır, Xankəndində fəaliyyətə başlayıb. Burada yerləşən nümayəndəlikdə məişət avadnlıqları, audio-video qurğular, “Hyundai” tipli yük maşınları  və s. brend məhsullar satışa çıxarılıb.


Əldə olunan məlumatlara əsasən, Avstraliyanın “İnternational Base Metals Limited” şirkəti qanunsuz olaraq Azərbaycan ərazilərində ermənilərlə iş birliyi yaradıblar. İşğalçı ermənilərlə sövdələşən bu şirkət ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirərək bu təbii ehtiyatları Avropa bazarına çıxarmağa çalışır.
 Livan hökumətində nazir  olan Nikol Mişel Fattuşun qardaşı, “K-Telekom”un sahibi  Pyer-Mişel Fattuş Azərbaycanın işğal altındakı ərazilərində mobil rabitə xidməti göstərən “Qarabağ-telekom”un direktorlar şurasının sədridir və onun ona məxsus olan   “K-Telekom”şirkəti 10 ildən coxdur ermənilərə xidmət göstərir.
1990-cı illərdə Qarabağın “iqtisadiyyatı”nın inkişaf etdirilməsinə böyük investisiya qoyanlardan biri Vartan Sirmakes olub. İstanbulda dünyaya göz açan V.Sirmakes 17 yaşında İsveçə köçərək orada yaşayıb. 1990-cı illərdə o saat dizayneri Frank Müllerlə Qarabağa gələrək orada “Frank Muller” saat istehsalı müəssisəsi yaradırlar. Qarabağda istehsal olunan məhsullar əsasən Avropa ölkələrində satılırdı. Beləliklə onların illik gəlirləri 330 milyon dollar təşkil edirdi. Əldə etdiyi gəlirlərdən ruhlanan V.Sirmakes Ağdərə rayonunun Madagiz kəndi yaxınlığındakı su hövzəsini icarəyə götürərək qara kürü istehsal etmək üçün nərə balığı yetişdirməyə başladı. O, burada 50 nəfərlik iş yer yaratdı. Hesablamalara görə Madagiz balıq istehsalı müəssisəsi 2021-ci ildə gəlir gətirəcək. Proqnozlara görə hər il bu balıqyetişdirmə müəssisəsi ildə 30 ton qara kürü istehsal edilməlidir ki, bu da hər il 30 milyon ABŞ dolları həcmində gəlir deməkdir.

Separatçı siyasi – kriminal rejim Qarabağda mini su elektrik stansiyalarının tikintisinə xüsusi yer verirlər. Belə ki, son 14 ildə Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan 14 müxtəlif həcmli “Triqe-1”, “Triqe-2”, “Triqe-3”, “Syunik-1”, “Syunik-2”, “Syunik-3”, “Madagiz-1”, “Madagiz-2” və s. mini su elektrik stansiyaları inşa edib. Bu stansiyalardan ən böyüyü Tərtər çayı üzərində yerləşən Sərsəng su elektrik stansiyasıdır. Sərsəng su elektrik stansiyası 2010-cu ildə fəaliyyətə başlayıb. Bu stansiyanın tikintisi üçün investisiya Ermənistanın “M-Enerqo” Zəngəzur mis-molibiden kombinatı tərəfindən həyata keçirilir.
“M-Enerqo” kombinatının əsas pay sahibi İngiltərənin “Multicontinental” şirkətidir. Qarabağda istehsal edilən elektrik enerjisinin böyük bir hissəsi Ermənistana ötürülür. Hazırda Qarabağda 300 milyon kilovat saat elektrik enerjisi istehsal olunur. Erməni mütəxəssislər iddia edirlər ki, 2018-ci ildə Qarabağda elektrik enerjisinin istehsalı 450 milyon, daha sonralar isə 700 milyon kilovat saata çatdırıla bilər. İstehlak edilən elektrik enerjisinin 80 faizi Əsgəran–Şuşa–Laçın–Gorus sovetlər dönəmində inşa edilmiş yüksəkgərginlikli elektrik xətti ilə Ermənistana ötürülür.

Qarabağda Seva Xaçaturyan tərəfindən yaradılan “Karabakh Caret” firması qədim əşyaların və toxuculuq məmulatlarının satışı ilə məşğul olur. Məlumdur ki, 1992-ci ildən etibarən Azərbaycanın işğala məruz qalan 23 muzey və 4 şəkil qalereyasında qalan 100 mindən çox eksponatı ermənilər qənimət kimi ələ keçiriblər. Verilən məlumatdan belə çıxır ki, Ermənistan yaratdığı bu qondarma firma vasitəsilə Azərbaycanın milli mədəni dəyərlərini erməni məhsulları kimi xarici ölkələrdə satırlar. Mənbənin verdiyi məlumata görə “Karabakh Caret” firması iki ildə 600 milyon ABŞ dolları satışdan zəhmətsiz mənfəət əldə edibdir.

Xaçaturyan 2013-cü ildə Xocavənd rayonunun Çartar kəndindən, eləcə də Şuşa və Laçın şəhərlərindən əldə etdiyi 300 xalçanın xarici erməni diasporlarının təşkilatçılığı ilə satışından 270 milyon ABŞ dolları gəlir əldə edib. Qarabağ xalçalarının alıcıları əsasən Rusiya, Amerika və Avropa ölkələridir.

Özünü Türkiyənin "Beko" şirkətinin Ermənistan təmsilçisi adlandıran ED-SPO şirkətinin  "beko.am" veb-səhifəsinə daxil olsanız görərsiniz ki, orada açıq şəkildə yazılıb ki, ED-SPO şirkəti "Beko", "Grundig", "Bloomberg", "İstikbal", "Libro" kimi markaların rəsmi və eksklüziv distribyutorudur. Elə həmin məlumatda qeyd olunur ki, bu şirkətin təkcə Ermənistanda deyil, Dağlıq Qarabağda da mağazalar şəbəkəsi mövcuddur.

“Lincy” (ABŞ), “First Dynasty Mines”, “Sterlite Gold Ltd”, “Grand Tobacco” (Kanada), “Akopian”, “Vartanian”, “Framation”, “Mak-Mak Adams”, “Pemod Richard” (Fransa), “Siemens”, “Schnieder” (Almaniya), “Simon Petrolium Technology” (Böyük Britaniya), “Zvezda” (Rusiya), “Patrex” (Portuqaliya), “Franck Muller”, “Andre Group”, “Alpoto” (İsveçrə), “Australia Nairi Ltd”, “Tida Joint Venture” (Avstraliya), “FKX” (Argentina),
“Karabagh Telecom”, “Shusha” (Livan), “Thomson” (Niderland), “İntracom” (Yunanıstan) “Mc and Co” (Kipr), “Gideon Richter), (Macarıstan), “Cochrane Pond” (Kanada), “Santa Candelaria” (Çili) və digərlərini misal göstərmək olar. Bu qeyri-qanuni fəaliyyət nəticəsində xarici şirkətlər tərəfindən hər il Qarabağa 37 841 800$ investisya qoyulur, bu isə işğal altında olan bölgədə 1725 daimi iş yerinin yaranmasına səbəb olur.

Banner
Banner
  • Qarabağ
Paylaş

Digər xəbərlər

Moskvada azərbaycanlı milyarderlərin bazarındakı yanğının sahəsi 600 kv.m-ə çatıb
Hadisə 1 Dek 2023
Moskvada azərbaycanlı milyarderlərin bazarındakı yanğının sahəsi 600 kv.m-ə çatıb
Qod Nisanovun bazarında yanğın başladı - FOTO - YENİLƏNİB
Hadisə 1 Dek 2023
Qod Nisanovun bazarında yanğın başladı - FOTO - YENİLƏNİB
"Sərmayə yatırıb, qazanacaqsınız" deyib azərbaycanlı məmurların - 350 MİN DOLLARINI ƏLİNDƏN ALIBLAR
Hadisə 28 Noy 2023
"Sərmayə yatırıb, qazanacaqsınız" deyib azərbaycanlı məmurların - 350 MİN DOLLARINI ƏLİNDƏN ALIBLAR
Bakıda ticarət mərkəzində - YANĞIN OLUB
Hadisə 28 Noy 2023
Bakıda ticarət mərkəzində - YANĞIN OLUB
FHN: Bakıda ticarət mərkəzinin 220 kv.m sahəsi yanıb
Hadisə 24 Noy 2023
FHN: Bakıda ticarət mərkəzinin 220 kv.m sahəsi yanıb
Bakıda ticarət mərkəzində – YANĞIN OLUB - FOTOLAR
Hadisə 24 Noy 2023
Bakıda ticarət mərkəzində – YANĞIN OLUB - FOTOLAR
Gəncə Cihazqayırma Zavodunda - YANGIN OLUB
Hadisə 24 Noy 2023
Gəncə Cihazqayırma Zavodunda - YANGIN OLUB
Bakıda inşaat materialları bazarında açıq alov mənbələri söndürülüb - VİDEO
Hadisə 23 Noy 2023
Bakıda inşaat materialları bazarında açıq alov mənbələri söndürülüb - VİDEO
Sahibkar: “Sığorta ilə bağlı kimə müraciət edilməlidir, onu da bilmirdik”
Hadisə 23 Noy 2023
Sahibkar: “Sığorta ilə bağlı kimə müraciət edilməlidir, onu da bilmirdik”
Yanğından ziyan çəkən sahibkar: “Bir milyon yarımlıq malım qısa zamanda kül oldu"
Hadisə 23 Noy 2023
Yanğından ziyan çəkən sahibkar: “Bir milyon yarımlıq malım qısa zamanda kül oldu"
FHN: "Bakıda inşaat materialları bazarında yanğın tam məhdudlaşdırılıb, yayılma təhlükəsi yoxdur"
Hadisə 23 Noy 2023
FHN: "Bakıda inşaat materialları bazarında yanğın tam məhdudlaşdırılıb, yayılma təhlükəsi yoxdur"
Bakıda bir gündə iki nəfərin bank kartından pul oğurlanıb
Hadisə 23 Noy 2023
Bakıda bir gündə iki nəfərin bank kartından pul oğurlanıb
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Azərbaycanda ən aşağı maaşla işçi axtaran şirkətlər - SİYAHI, VAKANSİYALAR
    20:52 3 Dek 2023
  • "Norm OJSC" işçi axtarır - VAKANSİYA
    20:49 3 Dek 2023
  • "Mr.Fix" işçi axtarır - VAKANSİYA
    20:46 3 Dek 2023
  • "iMotors" işçi axtarır - MAAŞ VAKANSİYA 1939-2366 AZN - VAKANSİYA
    20:42 3 Dek 2023
  • "Wolt" işçi axtarır - VAKANSİYA
    20:37 3 Dek 2023
  • "Carlsberg Azerbaijan" işçi axtarır - VAKANSİYA
    20:35 3 Dek 2023
  • "1Fit" işçi axtarır - MAAŞ 600 + BONUS - VAKANSİYA
    20:32 3 Dek 2023
  • "Grand Motors Company" işçi axtarır - MAAŞ 1500-1700 MANAT - VAKANSİYA
    20:27 3 Dek 2023
  • "Xalq Sığorta" işçi axtarır - VAKANSİYA
    20:25 3 Dek 2023
  • Azərbaycan şirkətləri yüksək maaşla işçilər axtarır - MAAŞ 1500-2000-2500-3000 MANAT - 12 VAKANSİYA
    20:07 3 Dek 2023
  • Bitkoinin qiyməti son il yarımda – REKORD VURDU – 40 MİN DOLLARA YAXINLAŞIR
    19:28 3 Dek 2023
  • "FİNEX KREDİT" BOKT ASC-nin Masallı filialının - RƏSMİ AÇILIŞI OLUB- FOTOLAR
    15:08 3 Dek 2023
  • Gələn ildən bu avtomobillərin idxalı qadağan ediləcək - QİYMƏTLƏR BAHALAŞACAQ
    13:05 3 Dek 2023
  • Həftənin ilk iş gününün - HAVA PROQNOZU
    12:46 3 Dek 2023
  • "Azercell" tarifləri və paketlərin - QİYMƏTİNİ ARTIRIR - YENİ QİYMƏTLƏR
    12:19 3 Dek 2023
  • "Gömrük limiti 150 dollara endiriləcək" iddiasina - KOMİTƏDƏN RƏSMİ CAVAB
    20:48 2 Dek 2023
  • Avtomobillərin icbari sığortası - ABB MOBİLE-DA
    14:34 2 Dek 2023
  • Kərə yağlarının ən baha və ən ucuz satıldığı – MARKET ŞƏBƏKƏLƏRİ – SİYAHI, QİYMƏTLƏR
    14:25 2 Dek 2023
  • Yeni tikililərdən mənzil alarkən hansı sənədlər - TƏLƏB OLUNMALIDIR?
    14:17 2 Dek 2023
  • Yelo Bank artıq - MASALLIDA!
    14:14 2 Dek 2023
  • Rusiyada yarım milyon ədəd saxta «Puma» və «Adidas» - KROSSOVKALARI TAPILIB
    14:07 2 Dek 2023
  • Qızıl qiymətləri rekord səviyyəyə qalxıb – YENİ QİYMƏT
    14:03 2 Dek 2023
  • 30 milyard dollarlıq yeni - İQLİM FONDU YARADILDI
    13:57 2 Dek 2023
  • İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha - 1 İL TƏXİRƏ SALINIR
    13:34 2 Dek 2023
  • Kommunal ödənişlərinizi Unibank mobil tətbiqində edin və qazanın!
    13:09 2 Dek 2023
  • Pensiyalarla bağlı qaydalar dəyişib - NAZİRLİK İZAH EDİR
    13:02 2 Dek 2023
  • Duru yağların ən baha və ən ucuz satıldığı – MARKET ŞƏBƏKƏLƏRİ – SİYAHI, QİYMƏTLƏR
    12:51 2 Dek 2023
  • 23 dərəcə isti - BAZAR GÜNÜNÜN HAVA PROQNOZU
    12:46 2 Dek 2023
  • Yüksək dağlıq ərazidə yerləşən hərbi hissələrin döyüş hazırlığı yoxlanilıb - VİDEO
    12:34 2 Dek 2023
  • Azərbaycan Televiziyası – TENDER KEÇİRİR
    12:27 2 Dek 2023
  • Milli Məclis gələn ilin dövlət büdcəsini III oxunuşda müzakirə edəcək - TARİX - SİYAHI
    12:25 2 Dek 2023
  • Kapital Bank-dan Yeni ilə özəl - NAĞD KREDİT KAMPANİYASI
    12:20 2 Dek 2023
  • “Azərbaycan Sənaye Korporasiyası"nın rəhbərliyinə ödənişlər artıb
    12:09 2 Dek 2023
  • «Optimal Elektronika» alıcıya qüsurlu məhsullar satıb – QAYTARMAQDAN İMTİNA EDİB - CƏRİMƏ EDİLİB  
    12:03 2 Dek 2023
  • 3 minə yaxın şəxsin Azərbaycana girişinə - QADAĞA QOYULUB
    11:59 2 Dek 2023
  • Azərbaycanda xəstəxana xidməti bahalaşdı - QİYMƏT
    11:50 2 Dek 2023
  • Ağacdakı “konfet”lər yetişdi - FOTOLAR
    11:50 2 Dek 2023
  • "Azercell" tariflərini və paketlərin - QİYMƏTİNİ DƏYİŞİR - YENİ QİYMƏTLƏR
    11:41 2 Dek 2023
  • KİV: "X" sosial şəbəkəsi kiçik və orta biznesləri cəlb etmək niyyətindədir
    11:39 2 Dek 2023
  • "Faizlərə endirim belə olar!" - Azərbaycan bankından - YENİ KAMPANİYA
    11:34 2 Dek 2023
  • Lökbatan Tibb Mərkəzi - TENDER ELAN EDİR
    11:29 2 Dek 2023
  • Mask yenə rekorda imza atdı - 800 kilometr məsafə, iki milyon sifariş - FOTO - VİDEO
    11:28 2 Dek 2023
  • "Milla Dairy" və "Fruteea"  - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    11:23 2 Dek 2023
  • Laçında istehsala başlanıldı – 300 min manatlıq gəlir planlaşdırılır - VİDEO
    11:22 2 Dek 2023
  • Azərbaycanda mənzillərin kirayə haqqı - 12% BAHALAŞDI
    11:15 2 Dek 2023
  • Yaşadığı torpağın və evin sənədi olmasa da, 246 manat - VERGİ BORCU GƏLDİ - VİDEO
    11:14 2 Dek 2023
  • Azərbaycan nefti bahalaşıb - SON QİYMƏT
    11:10 2 Dek 2023
  • Gömrük limiti endirilə bilər? - VİDEO
    11:05 2 Dek 2023
  • Mərkəzi Bank - TENDER ELAN EDİR
    11:04 2 Dek 2023
  • Rusiya Avropa İttifaqının taxıl tədarükçülərinin - İLK BEŞLİYİNƏ QAYIDIB
    10:58 2 Dek 2023
  • Kapital Bank depozit faizlərini - ARTIRDI
    10:53 2 Dek 2023
  • Qanunsuz yolla gətirilən avtomobil ehtiyat hissələri aşkar edilib - FOTOLAR
    10:45 2 Dek 2023
  • Azərbaycanda karqo xidmətində bahalaşma qeydə alınıb
    10:43 2 Dek 2023
  • Azərbaycanda televizorun qiyməti ucuzlaşıb
    10:35 2 Dek 2023
  • Rusiyanın artan yumurta tələbatının ödənilməsi üçün Bakıda görüş - FOTO
    10:33 2 Dek 2023
  • Azər Türk Bank "atb friday" kampaniyasını - DAVAM ETDİRİR
    10:28 2 Dek 2023
  • “Kommunal Xidmətlər Müəssisəsi” MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    10:28 2 Dek 2023
  • Neft 3 faizə kimi ucuzlaşıb - SON QİYMƏT
    10:25 2 Dek 2023
  • Cəbrayılda tikinti işləri ilə bağlı – BÖYÜK TENDER ELANI
    10:20 2 Dek 2023
  • Moskva aeroportlarında 40-dan çox reys təxirə salınıb və ya - LƏĞV EDİLİB
    10:20 2 Dek 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Dövlət istiqrazları 1 il - 7.93▲0.03% Dövlət istiqrazları 2 il - 8.02▼-0.20% Dövlət istiqrazları 3 il - 8.35▲0.03% Dövlət istiqrazları 5 il - 9.69▲0.97% Dövlət istiqrazları 7 il - 7.57▲1.10% NOT (7 gün) - 7.62●0.00% NOT (28 gün) - 7.86▼-0.17% NOT (84 gün) - 8.15▼-0.02% NOT (168 gün) - 7.67▼-0.01% NOT (252 gün) - 7.82▼-0.02% BOKT Embafinans QSC - 10.50▼-0.50% AzerGold - 3.35▼-0.03% ARMB (NOT) Repo - 7.59●0.00% 1D AINAao - 7.40▲1.40% 1D AINAib - 8.40▲0.10% 1W AINAao - 7.24▲1.29% 1W AINAib - 6.00●0.00% 2W AINAao - 6.00▼-2.00% 2W AINAib - 7.30▲0.05% 1M AINAao - 6.40●0.00% 1M AINAib - 8.50▲2.70%
SOCAR [ AZ2002019894 ] Alış: 1001.00 / Satış: 1022.00 Unibank KB ASC [ AZ2011002022 ] Alış: 10029.10 / Satış: 10119.76 AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2002019712 ] Alış: 923.15 / Satış: 969.30 BOKT "EMBAFİNANS" QSC [ AZ2008020607 ] Alış: 1021.49 / Satış: 1035.42 Holcim Azərbaycan ASC [ AZ1001018378 ] Alış: 20.00 / Satış: 21.00 Azərbaycan Beynəlxalq Bankı ASC [ AZ2001004582 ] Alış: 1000.00 / Satış: 1013.00 Cənubtikintiservis ASC [ AZ1001004691 ] Alış: 22.00 / Satış: 23.10 Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC [ AZ1001000848 ] Alış: 2.40 / Satış: 2.52 Bakı Tikinti materialları ASC [ AZ1001000863 ] Alış: 2.40 / Satış: 2.52 Bakıinşaatsənaye ASC [ AZ1001001564 ] Alış: 2.40 / Satış: 2.52 AZENCO ASC [ AZ1001008452 ] Alış: 2.60 / Satış: 2.73 Sumqayıt çörək ASC [ AZ1001017230 ] Alış: 2.40 / Satış: 2.52 Savalan ASC [ AZ1001012488 ] Alış: 2.70 / Satış: 2.83 EVRASCON ASC [ AZ1001000871 ] Alış: 20.00 / Satış: 21.00 Dərnəgülsənayetikinti ASC [ AZ1001000376 ] Alış: 2.60 / Satış: 2.73