“FINCA Azerbaijan” bank olmayan kredit təşkilatı (BOKT) MMC 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin faiz gəlirləri 21 milyon 196 min manat olub. Bu, 2024-cü illə müqayisədə 835 min manat və ya (4%) artım deməkdir. Bu dövrdə şirkətin faiz xərcləri 6 milyon 995 min manat təşkil edib.
BOKT ötən il ehtimal olunan kredit zərərlərinin bərpasına 1 milyon 457 min manat ayırıb. İnzibati və əməliyyat xərcləri 13 milyon 197 min manat, xarici valyuta törəmələri üzrə xalis nəticələr 547 min manat, digər gəlirləri 16 min manat olub.
Şirkətin mənfəət vergisindən əvvəlki gəliri 1 milyon 938 min manat, mənfəət vergisi xərci 318 min manat olub. Yekun olaraq BOKT ötən il 1 milyon 620 min manat mənfəət əldə edib.
Kredit təşkilatının aktivlərinin həcmi 75 milyon 29 min manat olub ki, bununda, 62 milyon 956 min manatı müştərilərə verilmiş kreditlərin payına düşüb. Eyni amanda ötən il şirkətin öhəliklərinin həcmi 57 milyon 571 min manat (713 min manat / 1,2% az) olub.
Nəticədə 2025-ci ilin sonunda Finca Azərbaycan” BOKT-un cəmi kapitalı 17 milyon 458 min manata bərabər olub. Bu məbləğin 3 milyon 756 min manatı nizamnamə kapitalının, 13 milyon 702 min manat bölüşdürülməmiş mənfəətin payına düşüb.
https://finca.az/wp-content/uploads/sites/3/2026/05/FINCA_Azerbaijan_2025_Azerbaijani-version.pdf







![“FINCA Azerbaijan” BOKT ötən ili uğurla başa vurub – [red]HESABAT[/red] | FED.az](upload/news/small/3664299.jpeg)
![“FINCA Azerbaijan” BOKT ötən ili uğurla başa vurub – [red]HESABAT[/red] | FED.az](upload/news/small/254408.jpeg)
![“FINCA Azerbaijan” BOKT ötən ili uğurla başa vurub – [red]HESABAT[/red] | FED.az](upload/news/small/1101048.jpg)








