Hazırda Sumqayıt şəhərində xırda dənəli dolu qeydə alınır.
FED.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 15:20 məlumatında qeyd olunub.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində proses qısamüddətdə yayılıb.
Bakıda hava şəraiti kəskin dəyişib, paytaxtın bəzi ərazilərinə güclü dolu yağıb.













