HZ Group
Smeta üzrə mütəxəssis
Son tarix 26 iyn 2026 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Layihə cizgiləri və spesifikasiyalar əsasında iş həcmlərinin hesablanması
- Tikinti sahəsində görülən işlərin smeta sənədləri ilə uyğunluğunun yoxlanılması.
- Tikinti sahələrində faktiki iş həcmlərinin və materialların yerində ölçülməsi, hesabat və cədvəllərin tərtibi
- Podratçı və subpodratçılardan daxil olan smetaların yoxlanılması və müqayisəsi
- Faktiki yerinə yetirilmiş işlər üzrə icra smetalarının hazırlanması
- Görülmüş işlər üzrə təhvil-qəbul və sınaq aktlarının hazırlanmasında iştirak
- Yerinə yetirilmiş iş həcmlərinin F-2, F-3 aktlarının hazırlanması
- Rəhbərliyə layihələr üzrə maliyyə hesabatlarının təqdim edilməsi
- Texniki hesabatların, material hesabatlarının hazırlanması
Tələblər:
- Ali təhsil (mühəndislik, tikinti və ya müvafiq sahə üzrə)
- Tikinti sahəsində smeta üzrə minimum 2–3 il iş təcrübəsi
- Tikinti normativləri və standartları üzrə məlumatlılıq
- Layihə və smeta sənədləri ilə işləmə bacarığı
- Analitik düşünmə və hesablama bacarığı
- MS Word, MS Excel (yüksək səviyyədə), (MS Project, AutoCad, 1C əlavə üstünlükdür)
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq
Əmək şəraiti:
- İş yeri: Neft Emal Zavodu (Oqtay Vəliyev 1)
- İş rejimi: Həftə içi 6 gün. 08:00-17:00.
- Əmək haqqı: 1500-1800 Azn net.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.















