Azərbaycanda 2030-cu ilə qədər bank hesabı olan istifadəçilərin sayının yetkinlik yaşına çatmış bütün əhalinin sayına nisbətinin 85 faizə çatdırılması planlaşdırılır.
Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Dövlət Proqramına əsasən, 2025-ci ildə bu göstərici 70,7% səviyyəsində olub.
Bundan əlavə, hər 100 min yetkin şəxsə düşən bankomatların sayının 46-ya, POS-terminalların sayının isə 2400-ə çatdırılması planlaşdırılır.














