Milli Məclis Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər üzrə məhkəmələrə hakimlərin təyinatını qəbul edib.
FED.az xəbər verir ki, bu məsələ parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Belə ki, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinə hakimlər təyin edilməsi qərara alınıb:
- Əliyeva Aytən Heydər qızı - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
- Hüseynov Telman Qulaməli oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
- Nuriyev Elnur Aləm oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
- İsmayılzadə Fərid Sabir oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi
- Abdullayev Elşən Uğur oğlu - Şirvan Kommersiya Məhkəməsinin hakimi
- Hüseynov Elməddin Mirpaşa oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi
Qafarova Rəna Nazim qızı - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi;
Vahid Nəriman oğlu Sadıqovun vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunur.
Bundan başqa, Nural Turab oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilir.
Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsi dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilir.
Eyni zamanda aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi:
Mustafayev Etibar Mustafa oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi
Əsgərov Anar Əlifağa oğlu - Ağsu Rayon Məhkəməsinin hakimi.
Şirvan Apellyasiya Məhkəməsi üzrə aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi:
Hacızadə Fəxri Hümmət oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi
Ağabəyov Nicat Rauf oğlu - Lənkəran Rayon Məhkəməsinin hakimi
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.













