Bu ilin yanvar-aprel aylarında Azərbaycanda banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon 518 min ədəd olub.
Problemli kreditlərin məbləği 614 milyon manatı keçib
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ödəniş kartlarının sayı ötən aya nəzərən 108 min ədəd artıb.
Məlumata görə, ödəniş kartlarında debet kartlarının sayı 11% artıb, kredit kartlarının sayı isə 11% azalıb.
Xatırladaq ki, bu ilin yanvar-mart kredit kartlarının sayı 9% azalmışdı.
Qeyd edək ki, ötən ildən etibarən AMB kredit kartlarının verilməsi ilə bağlı şərtləri sərtləşdirib. Belə ki, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır.














